FİFA "Qarabağ"ın rəqibi ilə bağlı araşdırmalara başladı

16:45 20 Sentyabr 2017

 

FİFA “Çelsi” ilə bağlı araşdırmaya başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı İngiltərənin “Daily Mail” nəşri yayıb. Dünyanın ali futbol qurumu London təmsilçisinin 18 yaşına çatmamış futbolçuların transferində yol verdiyi qanun pozuntularını araşdırır. FİFA “zadəganlar”la bağlı son 8 ildə 3-cü dəfə oxşar araşdırmaya başlayıb. Dünyanın ali futbol qurumundan “Daily Mail”ə araşdırma yekunlaşana kimi heç bir açıqlama verilməyəcəyi bildirilib.

 

Xatırladaq ki, “Çelsi” Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindəndi.


Digər xəbərlər

Xəbər xətti