Sportarena.az
11 Dekabr 2017

Gəncə şəhər stadionunda meydançanın yenilənməsi davam edir

12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər stadionunun əsas meydançasının yenilənməsi prosesi davam edir.

 

Sportarena.az xəbər verir ki, meydançaya Niderland istehsalı olan lolium adlı ikinci toxum növü səpilib. Əkin işlərindən öncə toxumların inkişafını sürətləndirmək üçün xüsusi texniki qurğu vasitəsilə ilə havalandırma prosesi aparılıb. Daha sonra səpinə başlanıb. 8000 kv. metr ərazini əhatə edən sahəyə 300 kq toxum əkilib. Bu növ toxumlar soyuq havaya davamlı hesab olunur.

 

Stadionda işləri həyata keçirən SİS şirkətindən verilən məlumata görə, səpinin ardından meydançaya 35 ton qum verilib. Toxumların cücərməsi üçün bir həftə vaxt tələb olunur.

 

Xatırladaq ki, Gəncə şəhər stadionunun əsas meydançasının dəyişdirilməsi AFFA-nın vəsaiti hesabına aparılır.

Tarix
20.09.17 [17:30]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

11 Dekabr
10 Dekabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio