"Real" daha bir futbolusu ilə müqaviləni yeniləyir

18:14 20 Sentyabr 2017

“Real” hücumçusu Kərim Benzema ilə yeni müqavilə bağlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı klubun saytı məlumat yayıb. “Kral klubu” fransalı hücumçuyla 2019-cu ildə başa çatacaq müqavilə müddətini 2021-ci ilin yayına kimi uzadıb. Sabah 29 yaşlı fransalı hücumçunun “Santyaqo Bernabeu” stadionunda mətbuat konfransı təşkil ediləcək.

 

İspaniya mətbuatında onun transfer qiymətinin 1 milyard avro olaraq qiymətləndiriləcəyi qeyd edilib. Yeni müqaviləyə əsasən, Benzema Madrid klubunda illik 7,5 milyon avro qazanacaq.

 

Xatırladaq ki, Benzema 2009-cu ildən “Real”ın şərəfini qoruyur.


Digər xəbərlər

Xəbər xətti