Emin Mahmudov: "Neftçi"yə kömək etmək istəyirəm" - AÇIQLAMA + VİDEO

21:15 20 Sentyabr 2017

"Neftçi"nin yeni transferi Emin Mahmudov "Neftçi” TV-yə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki,  millimizin 25 yaşlı yarımmüdafiəçisi bu kluba gəldiyinə görə şad olduğunu bildirib:

 

"Komandaya çətin vəziyyətdən çıxmaq üçün kömək etmək istəyirəm. Ona görə ki, komanda yaxşı vəziyyətdə deyil. Yavaş-yavaş yüksəlmək lazımdı. Abu-hava yaxşıdı. Hamı yaxşı olmasını arzulayır. "Neftçi”nin əvvəlki səviyyəsinə qayıtmasını istəyən azarkeşlərin arzusunu reallaşdırmaq üçün hamımız çalışırıq".

 

Emin millidə də birgə oynadığı Ruslan Abışovun ona çox kömək etdiyini, digər komanda yoldaşlarının da köməklərini əsirgəmədiklərini söyləyib:

 

"Hər bir futbolçumuzla yaxşı münasibətim var, portuqal dilini bildiyim üçün legionerlərlə də ünsiyyət qura bilirəm. Azərbaycan, rus dillərini bilənlərlə danışıram. Buna görə də uyğunlaşma prosesi asan keçir. Meydana məğlub düşüncələri ilə çıxmaqdansa, çıxmamaq yaxşıdı. Yalnız qələbə haqda düşünməliyik. Ümid edirəm ki, alınacaq, qalib gələcəyik. Bilirik ki, bizə qələbə qazanmaq lazımdı”.


Digər xəbərlər

Xəbər xətti