Dəniz Yılmazdan fantastik oyun - 2 qol, 1 məhsuldar ötürmə - VİDEO

10:42 21 Sentyabr 2017

Futbol üzrə Türkiyə Kubokunda 3-cü təsnifat mərhələsinin oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının futbolçusu Dəniz Yılmazın çıxış etdiyi “Bursspor” klubu da bu turnirdə ilk matçına çıxıb. Sözügedən komanda ilk sınağında aşağı liqa təmsilçisi “Tarsus İdman Yurdu"yla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan inamlı qələbə ilə ayrılı (4:0) və növbəti mərhələyə vəsiqə qazanıb.

 

Dəniz də bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Komandasının qələbəsində Yılmazın da xüsusi payı olub. O, bu görüşün 3 və 57-ci dəqiqələrində qol vurmaqla dublunu rəsmiləşdirib. O, 5-ci dəqiqədə komanda yoldaşı Kristobal Xorkueraya da məhsuldar ötürmə etməklə yadda qaldı.

 

 


Digər xəbərlər

Xəbər xətti