UEFA Bakıdakı final görüşünün vaxtını açıqladı

10:57 21 Sentyabr 2017

Bildiyiniz kimi, UEFA bu gün 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının, eləcə də Super Kubok matçının keçiriləcəyi stadionların açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ÇL-in finalı Madriddəki “Vanda Metropolitano” arenasına, AL-in həlledici oyunu Bakı Olimpiya stadionuna təyin olunub. Super Kubok matçı isə İstanbuldakı “Vodafon Park” Arenada keçiriləcək.

 

Qitə futbol qurumu sözügedən oyunların keçiriləcəyi tarixləri də müəyyənləşdirib. UEFA-nın saytının yaydığı məlumata görə, Super Kubok görüşü 2019-cu ilin 14 avqustunda baş tutacaq. Bakıda keçiriləcək AL-in finalı mayın 29-na təyin olunub. ÇL-in həlledici matçı isə iyunun 1-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti