“Qarabağ”ın oyununun məkanı dəyişdirildi

12:30 21 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində baş tutacaq “Sumqayıt” - “Qarabağ” oyununun məkanında dəyişiklik edilib.

 

Sportarena.az xəbər verir ki, görüş əvvəldən nəzərdə tutulduğu kimi Sumqayıtda yox, Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Dəyişikliyə səbəb, Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsinin “Roma” ilə ev oyunundan öncə süni örtüklü meydanda oynamaq istəməməsidi.

 

Klubun mətbuat xidmətinin rəhbərli Nurlan İbrahimov saytımıza açıqlamasında klub tərəfindən belə istəyin oyun olduğunu yekun qərarı isə PFL tərəfindən veriləcəyini bildridi.

 

Qeyd edək ki, “Qarabağ” - “Sumqayıt” qarşılaşması sentyabrın 22-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti