AÇ-2020-nin reqlamenti müəyyənləşdi - Seçmə mərhələdən 20 vəsiqə

12:48 21 Sentyabr 2017

Dünən UEFA-nın konqresində AÇ-2020 ilə bağlı qərarlar da verilib.

 

Sportarena.az xəbər verir ki, ən vacib mövzu mötəbər turnirə vəsiqələrin taleyi ilə bağlı olub. 13 ölkədə təşkil olunan yarışa meydan sahibi kimi qatılacaq yığma olmadığından 24 vəsiqənin hamısı mübarizədə bilinəcək. Bunlardan 20-ci seçmə mərhələdə məlum olacaq.

 

2019-cu ilin martında Avro-2020-nin seçmə oyunları başlayacaq. 55 komanda 10 qrupda mübarizə aparacaq. 5 qrupda 5, 5 qrupda 6 yığma çıxış edəcək. Hər qrupda ilk iki yerə sahib olanlar final mərhələsinə yüksələcək.

 

Maraq üçün xatırladaq ki, Fransa keçirilən son Avropa Çempionatında final mərhələsinə 23 vəsiqə ayrılmışdı. Seçmə mərhələlədə müb qruplarının üçüncüsü olan bir sıra komandalar Fransaya vəsiqə qazanmışdı.

 
Digər 4 vəsiqənin sahibi isə Millətlər Liqasından bilinəcək. Hər liqanın ən yaxşısı qitənin ən nüfuzlu turnirinə yüksələcək. Bu komandanı müəyyənləşdirmək üçün qrup qalibləri bir oyundan ibarət yarımfinal və finalda üz-üzə gələcək. Əgər qrup qalibi artıq seçmə mərhələdən AVRO-2020-yə vəsiqə qazanıbsa, onu turnir cədvəlində ən yaxın izləyicisi əvəzləyəcək. Bir liqada yarımfinalda oynamaq üçün seçmə mərhələdən vəsiqə qazanan 4 komanda sayı düzəlməsə, digər liqada daha yüksək yer tutan yığma həmin matçlara qoşulacaq.

 

Qeyd edək ki, AÇ-2020-nin final mərhələsinin bir sıra matçları Bakıda - Olimpiya stadionun keçiriləcək. Bu səbəbdən AFFA milli komandamızın sözü gedən turnirin final mərhələsində iştirak etməsini hədəfləyir.


Xəbər xətti