Forlandan Neymara sərt tənqid - "Bu hərəkəti Messiyə qarşı edə bilməzdi"

13:19 21 Sentyabr 2017

Sabiq futbolçu Dieqo Forlan PSJ-nin "Lion"la matçında (2:0) Edinson Kavani və Neymar arasında yaranmış gərginliyə münasibət bildirib.

 

Sportarena.az xəbər verir ki, Uruqvay millisinin keçmiş kapitanı həmyerlisini müdafiə edib və Neymar Alveşi tənqid atəşinə tutub: 

 

"Edinson Kavani hörmətə layiq futbolçudur. PSJ-də uzun illərdi çıxış edir, qollar vurur və penaltiləri də yerinə yetirir. Neymar bu hərəkəti "Barselona"da çıxış edərkən Leonel Messiyə qarşı edə bilməzdi. Heç cəsarəti də çatmazdı. Neymar özünü uşaq kimi apardı. Bu, iki futbolçu arasında olan münaqişədi və bütün klublarda yaşanır. Tezliklə məsələ həllini tapa da bilər. Ancaq Dani Alveş də başını bu məsələyə soxmamalıydı".


Xəbər xətti