"Qarabağ" Sumqayıta getməyəcək - RƏSMİ

14:30 21 Sentyabr 2017

Peşəkar Futbol Liqası Topaz Premyer Liqasının 6-cı turunun oyun cədvəlində dəyişiklik edib.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ” Peşəkar Futbol Liqasına müraciət edərək, Topaz Premyer Liqasının 6-cı turunda “Sumqayıt”la matçın yerinin dəyişdirilməsini istəyib. Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” qrup mərhələsinin “Roma” ilə görüşündən öncəki oyununu təbii örtüklü meydançada keçirmək istəyib. “Qarabağ”ın qitənin ən nüfuzlu turnirində çıxışını və “Sumqayıt” klubunun razılıq məktubunu nəzərə alan PFL aşağıdakı qərarları qəbul edib:

 

- Topaz Premyer Liqasının 6-cı turunun “Sumqayıt” - “Qarabağ” matçı 22 sentyabr saat 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilsin.

 

- 6-cı turda meydan sahibi kimi “Qarabağ”, hər iki komandanın iştirakı ilə 4-cü dövrənin matçında meydan sahibi kimi “Sumqayıt” klubu təsdiq edilsin.

 

- 6-cı turun “Qarabağ” - “Sumqayıt” komandalarının əvəzedici heyətlərinin görüşü 24 sentyabr saat 16:30-da Zirə İdman Kompleksinin stadionunda keçirilsin.


Digər xəbərlər

Xəbər xətti