"Qarabağ" rəsmisindən PES 2018 açıqlaması: "Konami"dən bizə təklif olmayıb"

15:20 21 Sentyabr 2017

Dünyanın ən məhşur futbol oyunlarından birinin istehsalçısı olan "Konami" qalmaqalla üzləşib.

 

Sportarena.az xəbər verir ki, Yaponiya şirkəti "Pro Evolution Soccer" oyunun yeni mövsüm üçün versiyasında (PES 2018) lisenziyasına sahib olduğu Çempionlar Liqasının qrup mərhələsində çıxış edən 5 klubu oyunda yerləşdirməyib. Onlar arasında ən diqqət çəkən ad "Bavariya"dısa, digər dörd klubdan biri Azərbaycan çempionu "Qarabağ"dır.

 

İngiltərə mətbuatının iddiasına görə, "Konami" UEFA ilə bağladığı müqaviləyə görə son 3 ildə ÇL-də iştirak edən bütün komandaları qeyri-şərtsiz yerləşdirməli idi. Yaponlar bu öhdəliyi yerinə yetirmək istəmirlər. Həmkarlarımızın sorğusuna cavab olaraq, şirkətdən bildirilib ki, "Konami" sözügedən ÇL iştirakçılarının oyunda yerləşdirilməsində maraqlı olsalar da, klublar tərəfindən problemlər yaradılır.

 

Klublardan bir neçəsi bu məsələyə münasibət də bildirib. Yalnız "Bavariya" təklif olduğunu, ancaq razılıq əldə edilmədiyini bildirib. APOEL və "Seltik" "Konami"dən təklif almadıqlarını bildiriblər.

 

Biz də öz növbəmizdə "Qarabağ"ın baş verənlərə münasibətini öyrəndik. Klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportarena.az saytına açıqlamasında "Konami"dən təklif almadıqlarını bildirib:

 

 

"Bildiyiniz kimi, "Konami" ilə bir neçə il əvvəl özümüz əməkdaşlıq etmişik. Əvvəllər buna ehtiyac görürdük, indi isə Çempionar Liqasının iştirakçısıyıq. "Konami" tərəfindən PES 2018 oyunu üçün bizə təklif də olmayıb".

 

 

Yaşıl rəng - Lisenziyalı klublar. Sarı rəng - Lisenziyasız klublar. Qırmızı rəng - Oyuna daxil edilməyən klublar.

 


Digər xəbərlər

Xəbər xətti