"Neftçi" onun xidmətindən 3 aylıq məhrum oldu

16:33 21 Sentyabr 2017

“Neftçi”nin qapıçısı Səlahət Ağayev Türkiyənin İstanbul şəhərində, "Acıbadəm” xəstəxanasında əməliyyat olunub. 

 

Sportarena.az xəbər verir ki, “Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş qolkiper sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu ilə əməliyyat masasına uzanıb.

 

Sportinfo.az-ın məlumatına görə, millinin üzvü "çərçivə" önünə 3 aydan tez qayıtmayacaq. O, yalnız dekabrdan etibarən fərqli məşqlərə başlaya biləcək. 


Xəbər xətti