"Atletiko" 60 milyonluq transferini açıqladı

23:30 21 Sentyabr 2017

"Atletiko" Dieqo Kostanın transferi ilə bağlı "Çelsi" ilə razılığa gəldiyini rəsmən açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı hücumçu Madrid təmsilçisində tibbi müayinədən keçmək üçün yaxın günlərdə İspaniyaya gedəcək. Daha sonra onunla müqavilə imzalanacaq. İspaniya mətbuatı bu transfer üçün "Atletiko"nun 60 milyon avro təzminat ödəyəcəyini yazıb.

 

Qeyd edək ki, "Atletiko"ya verilən transfer qadağası səbəbindən Kosta yanvar ayına kimi oynaya bilməyəcək. O, ancaq məşq etməklə kifayətlənəcək.

 

Xatırladaq ki, Kosta 2014-cü ildə məhz Madrid klubundan "Çelsi"yə transfer olunub.


Digər xəbərlər

Xəbər xətti