"Qarabağ" - "Roma" matçında azarkeş rekordu qırılacaq - Rekord sayda bilet satıldı

10:19 22 Sentyabr 2017

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununda qarşılaşacağı “Roma”yla matça bilet satışı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb. Satışda yalnız 2 manatlıq biletlər qalıb.

 

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı ilə ölkə futbolunda yeni azarkeş rekordu qırılıb. Belə ki, əvvəlki rekord AÇ-2016-seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan və İtaliya milli komandalarının matçına məxsus idi. Bakı Olimpiya stadionunda keçirilən matçına 47 min bilet satılmış, elə həmin qədər də insan görüşü arenadan izləmişdi.

 

Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Azarkeşlər qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.

 

Şatış məntəqələri:
Asan Xidmət Mərkəzləri
Heydər Əliyev Sarayının kassası
28 Mall
Gənclik Mall
Park Bulvar (Qarabağ FK Fanshop)
M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)
Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də Bakı Olimpiya stad


Digər xəbərlər

Xəbər xətti