"Roma"nın hücumçusu sıradan çıxdı - "Qarabağ"a və millimizə qarşı oynamyacaq

11:34 22 Sentyabr 2017

Çempionlar Liqasında “Qarabağ”la qarşılaşacaq “Roma” itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “canavarlar”ın çexiyalı hücumçusu Patrik Şik sıradan çıxıb. Sol ayağından zədə alan hücumçu 2 həftə yaşıl meydanlardan kənar qalacaq. Bu haqda paytaxt klubunun rəsmi saytı məlumat yayıb. Belədə o, “Roma”nın “Qarabağ”la və Çexiya yığmasının Azərbaycanla oyununu buraxacaq.  

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-i saat 20:00-da, Azərbaycan – Çexiya oyunu isə oktyabrın 5-i, 21:00-da start götürəcək. Hər iki qarşılaşma Bakı Olimpiya Stadionunda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti