AFFA rəsmisi "Mançester Yunayted"in matçına təyinat aldı

12:19 22 Sentyabr 2017

AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov Çempionlar Liqasının oyununa təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Məmmədov ÇL-in qrup mərhələsi çərçivəsində baş tutacaq ÇSKA (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) görüşündə matçın direktoru (UEFA Venue Director) kimi fəaliyyət göstərəcək.

 

Oyun sentyabrın 27-də Moskva şəhərindəki “ÇSKA Arena”da keçiriləcək.


Xəbər xətti