Ərəblərin şirkəti hər il "Real"a 70 milyon ödəyəcək

12:50 22 Sentyabr 2017

“Real” titul sponsoru “Flay Emireyts” şirkəti ilə müqaviləni uzadıb.

 

Sportarena.az xəbər verir ki, tərəflər 2022-ci ilə qədər əməkdaşlıq edəcəklər. Yeni müqaviləyə görə, titul sponsorunun ödəyəcəyi məbləğ də artırılıb. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) kompaniyası bundan sonra “kral klubu”na ildə 70 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, “Real” “Fly Emirates”lə 2013-cü ildən əməkdaşlıq edir.


Digər xəbərlər

Xəbər xətti