Nazarov oynadı, komandası qələbə qazandı

10:14 23 Sentyabr 2017

Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 8-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Sandhauzen”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Nazarov da bu qarşılaşmanın iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin üzvü sonadək oynayıb.

 

Qeyd edək ki, “Ersgebirge” geridə qalan 8 turda 13 xal toplayıb və 18 klub arasında 7-cidi.


Digər xəbərlər

Xəbər xətti