Əzizovlu "Den Boş" qələbəyə sevindi

10:50 23 Sentyabr 2017

 

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 6-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Eyndhoven”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0. Əzizov da bu görüşün iştirakçısı olub. O, 68-ci dəqiqədə meydana buraxılıb.

 

Qeyd edək ki, "Den Boş" hazırda 7 xalla 20 klub arasında 13-cü pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti