"Traktorsazi" uduzdu

11:12 23 Sentyabr 2017

 

Futbol üzrə İran çempionatında 7-cı turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktorsazi” də növbəti matçına çıxıb. Təbriz klubu doğma meydanda “Padideh”lə üz-üzə gəlib və 1:2 hesabıyla uduzub.

 

Cənubi Azərbaycanın elitadakı digər təmsilçisi “Göstəriş” isə hesabat turunda səfərdə “Məşhəd”ə qalib gəlib – 1:0. Hər ikisi eyni xala (7) malik olan Təbriz klublarından “Traktorsazi” 16 iştirakçı arasında 10-cu, “Göstəriş” isə 13-cüdü.


Digər xəbərlər

Xəbər xətti