Azərbaycan Premyer Liqasında 6-cı tura start verilib.
Sportarena.az xəbər verir ki, bu gün idaha 2 oyun baş tutacaq. Günün ilk oyununda "Səbail" "Kəpəz"i qəbul edəcək. Digər oyunda isə "Zirə" "İnter"i qəbul edəcək.
İlk oyun günündə bir qarşılaşma baş tutub. "Qarabağ" "Sumqayıt"ı qəbul və məğlub edib. Tura isə sabah keçiriləcək "Qəbələ" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası, 6-cı tur
23 sentyabr
17:30 Səbail - Kəpəz 1:0
Qol: Elman Taqayev, 60.
Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Mərdəkan. “Dalğa Arena”
20:00 Zirə - İnter 1:1
Qol: Yovan Krneta, 67 - Sertan Taşkın, 21.
Qırmzı vərəqə: İlkin Qırtımov, 43.
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Ramil Diniyev
AFFA nümayəndəsi: Zamiq Hüseynov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə. İdman Kompleksinin stadionu
24 sentyabr
18:00 Qəbələ - Neftçi
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Elman Musayev, Ömər Paşayev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Murad Məmmədov
Qəbələ. Şəhər stadionu, 18:00
22 sentyabr
Qarabağ - Sumqayıt 4:1
Qol: Pedro Enrike, 56. Riçard Almeyda, 62-pen. Mahir Mədətov, 65; 73 - Bəxtiyar Həsənalızadə, 7.
Qırmızı vərəqə: Miçel, 88.