Novruz Məmmədov: "Şanssızlıq yaşayırıq" - AÇIQLAMA

12:17 23 Sentyabr 2017

“Oyuna ciddi hazırlaşmışıq, hər şey yaxşıdır. Matçı gözləyirik”.
 

Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in əsas komandasının üzvü Novruz Məmmədov klubun saytına açıqlamasında deyib. Müdafiəçi “Səbail”ə qarşı keçirəcəkləri oyun haqda danışıb:

 

“Qarşılaşmaya köklənmə yerindədi. Ümumiyyətlə, hər oyuna motivasiyamız olur. Sadəcə, şanssızlıq yaşayırıq. Psixoloji cəhətdən vəziyyət normaldı. Bəri başdan nəsə demək çətindi, amma “Səbail”ə qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. “Kəpəz”in tarixi böyükdü. “Səbail” isə yeni yaranan klubdu. Rəqib debütant olmasına baxmayaraq üstün cəhəti var. Bu da turnir cədvəlində bizdən yuxarıda olmasıdı. Odu ki, komandamızın qələbəyə böyük ehtiyacı var. Üç xal qazanmalıyıq ki, autsayder mövqeyindən xilas ola bilək. Əsas məqsədimiz budu”.
 

Yeri gəlmişkən, Azərbaycan Premyer Liqasının 5-ci turu Novruz Məmmədov üçün əlamətdar olub. 27 yaşlı müdafiəçi “Qarabağ”la səfər matçında Azərbaycan çempionatında 200-cü oyununa çıxıb. Ağdam klubu ilə görüşdə Novruz həm də “Kəpəz”də 25-ci matçını keçirib: 

 

“Çempionatda daha çox oyun keçirmək istəyirəm. Amma ən önəmlisi çıxış etdiyim komandalara faydalı olmaqdı. Əsas məqsəd budu. Bu gün “Kəpəz”də oynayıramsa, bu klubun uğurları üçün səy göstərməliyəm. Karyerama yeni başlayanda bu qədər oyun sayını fikirləşə bilməzdim. Çünki sabah nəyin necə olacağını heç kim bilmir. Zədə alması oyunçunun karyerasını tez başa vurmasına səbəb ola bilər. Bundan uzaq olmaq lazımdı. 200 oyun keçirdiyim üçün çox şadam. Digər tərəfdən statistika elə də böyük önəm daşımır. Oyun sayı yox, əsas olan futbolçunun komandaya xeyir verməsi, titul, uğur qazanmasıdı. Amma yenə də daha uzun illər oynamaq və inkişaf etmək istəyirəm”.


Digər xəbərlər

Xəbər xətti