Meydandan qovulan Miçel Qurban Qurbanovu özündən çıxardı - VİDEO

13:19 23 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 6-cı turunun ilk oyununda "Qarabağ" "Sumqayıt" qəbul və məğlub etdi - 4:1.

 

Sportarena.az xəbər verir ki, maraqlı mübarizə şəraitində keçən oyunun ən diqqət çəkən hadisələrindən biri oyunun sonlarında yaşandı. Belə ki, matçın 88-ci dəqiqəsində Miçel kobudluğa görə ikinci sarı vərəqəni alaraq meydandan qovuldu.

 

Komanda hesabda böyük fərqlə irəli olarkən (o, qovularkən 4:1 idi hesab) yersiz qırmızı vərəqə alması baş məşqçi Qurban Qurbanovu özündən çıxardı. Futbolçu meydanı tərk edərkən çalışdırıcı futbolçusuna etirazını sərt şəkildə bildirdi.

 

Hamımızın təmkinli bir insan kimi tanıdığı Qurban Qurbanovun əsəbiləşməsi əlbəttə ki təbii haldı. Mütəxəssis bəlkə də karyerasında ilk dəfə hansısa futbolçusunun yeri qırmızı vərəqə alması ilə üzləşirdi. Özü də belə vacib mövsümdə...

 


Digər xəbərlər

Xəbər xətti