Sportarena.az
17 Oktyabr 2017

Səfirmiz: "Azərbaycanda "Roma"ya “Tottinin komandası" deyirlər"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Roma” oyunu ilə bağlı danışıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədzadə "La Qazetta Della Sport"a açıqlamasında ÇL-in qrup mərhələsinin Azərbaycan üçün əhəmiyyətli olduğunu bildirib:

 

"Bu, Azərbaycan tarixində ilk dəfədi. "Qarabağ" belə uğura layiq idi və ölkə də onlara tam dəstək verdi. SSRİ-nin 1992-ci ildə dağılması ilə biz müstəqilliyimizi bərpa etdik (səfir burda yanılır, Azərbaycan öz müstəqilliyini 1991-ci ildə qazanıb). Amma ermənilər 1992-ci ildən başlayaraq 20 faiz torpaqlarımızı işğal etdilər. 25 ildi ki, torpaqlar işğal altındadı. Bizim ermənilərdən başqa bütün qonşu ölkələrlə əla münasibətlərimiz var. "Qarabağ" da ermənilərin işğalı altında olan Ağdamlı təmsil edir. Həmin şəhər düşmən ordu tərəfindən tamamilə dağıdılıb. İnsanlar evlərini tərk edib".

 

Əhmədzadə sentyabrın 27-də keçiriləcək oyundan gözləntilərini də açıqlayıb:

 

"Azərbaycanda "Roma"nın əfsanəvi kapitanı Françesko Tottiyə böyük sevgi var. Hamı Azərbaycanda "Roma"ya “Tottinin komandası" deyir. Ümid edirəm ki, Bakıda gözəl oyun olacaq. Nəticənin necə olacağını isə zaman göstərəcək".

Tarix
23.09.17 [15:47]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

17 Oktyabr
16 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio