"Yuventus"dan rekord gəlir

18:33 23 Sentyabr 2017

“Yuventus” ötən ilin maliyyə hesabatını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, “Yuve” ötən maliyyə ilində rekord məbləğdə gəlir əldə edib. Turin klubunun 2016/2017 mövsümündə gəliri 563 milyon avro olub. Bu da bir il əvvəlki mövsümlə müqayisədə 200 milyon avro çoxdu. Xalis gəlir isə 43 milyon avroya bərabər olub. Daha əvvəl isə bu göstərici 4 milyon avro olmuşdu.

 

“Yuventus” ötən mövsüm İtaliya çempionu olub, ölkə kubokunu qazanıb və Çempionlar Liqasının finalına yüksəlib.


Digər xəbərlər

Xəbər xətti