İlkin Qırtımovdan baş hakimə "nasist salamı" - FOTO

14:50 24 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 6-cı turunun "Zirə" - "İnter" matçında (1:1) maraqlı hadisə baş verib.

 

Sportarena.az xəbər verir ki, matçın 43-cü dəqiqəsində oyunun baş hakimi İnqilab Məmmədov qonaqların futbolçusu İlkin Qırtımova ikinci sarı vərəqə göstərərək onu meydandan uzaqlaşdırıb. Bu zaman müdafiəçi etdiyi hərəkətlə diqqət mərkəzinə düşüb.

 

Belə ki, Qırtımov hakim vərəqə göstərdiyi anda "nasist salamı" verib. Futbolçunun bu hərəkəti sosial şəbəkələrdə maraqla qarşılanıb. Bir çox ölkələrdə "nasist salam" qınaq obyekti olsa da, maraqlıdır ki, ictimaiyyət bu hadisəyə eyni münasibət göstərməyib.

 


Xəbər xətti