Benzema qəzaya düşdü - FOTO

15:52 24 Sentyabr 2017

“Real”ın futbolçusu Kərim Benzema avtomobil qəzasına düşüb.

 

Sportarena.az xəbər verir ki, futbolçunun idarə etdiyi “Audi RS6” “Nissan Note” ilə toqquşub. Qəza zamanı heç kim xəsarət almayıb. Ancaq hər iki avtomobilə ciddi ziyan dəyib. Hər iki sürücünün sükan arxasında sərxoş olub-olmadıqlarını müəyyənləşdirmək üçün onlar yoxlamadan keçiblər. Nəticədə onların sərxoş olmadğı müəyyən edilib.

 

Benzema bir müddət əvvəl də qəzaya düşmüşdü. O, sürət həddini aşdığına və avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün cərimə də olunmuşdu.

 


Digər xəbərlər

Xəbər xətti