“Qarabağ” - “Roma” matçına bütün biletlər satıldı

18:34 24 Sentyabr 2017

Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” – “Roma” oyununa bütün biletlər satılıb.

 

Sportarena.az xəbər verir ki. satışa çıxarılan bütün 67 min 500 biletin hamısının satıldığı bildirilib. Beləliklə, “Qarabağ” – “Roma” matçında stadion ağzınadək dolu olacaq.

 

Qeyd edək ki, "Qarabağ" - "Roma" matçı ilə ölkə futbolunda yeni azarkeş rekordu qırılıb. Belə ki, əvvəlki rekord AÇ-2016-seçmə mərhələsi çərçivəsində baş tutan Azərbaycan və İtaliya milli komandalarının matçına məxsus idi. Bakı Olimpiya stadionunda keçirilən matçına 47 min bilet satılmış, elə həmin qədər də insan görüşü arenadan izləmişdi.

 

Xatıradaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Roma” oyunu sentyabrın 27-si, saat 20.00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti