Qəbələdə qalmaqal - Monrozla Ruslan əlbəyaxa oldu

20:37 24 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 6-cı turunda keçirilən “Qəbələ” – “Neftçi” matçı (2:1) bitən kimi qalmaqal yaşanıb.

 

Sportarena.az xəbər verir ki, final fiti səslənən kimi meydan sahiblərinin futbolçusu Stiven Monroz komanda yoldaşı Ruslan Qurbanovun üzərinə hücum çəkib. Bu zaman iki futbolçu münaqişə yaranıb. Hər iki futbolçunu komanda yoldaşları ayırıb.

 

Qarşılaşmanın baş hakimi Fariz Yusifov isə Monrozu qırmızı vərəqə ilə cəzalandırıb.


Digər xəbərlər

Xəbər xətti