Sportarena.az
22 Oktyabr 2017

Tərlan Əhmədov: "Müdafiədə uşaq səhvləri buraxdıq"

12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə “Qəbələ”yə uduzan (1:2) “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Əhmədov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib:

 

- Komanda mübarizə apardı. “Qəbələ” kimi komandaya qarşı yaxşı oynadıq. Görüləcək o qədər iş var ki... Fiziki, taktiki cəhətdən irəliləsək də, psixoloji cəhətdən çox iş görməliyik. Müdafiədə uşaq səhvləri buraxdıq. Bunun da nəticəsində məğlub olduq. Çalışacağıq ki, səhvləri təkrarlamayaq. Qarşıda fasilə var. Bu fasilədən maksimum yararlanmağa çalışacağıq. Çalışacağıq ki, qışa kimi yaxşı nəticələr qazanaq. Bundan sonra yaxşı nəticə üçün oynayacağıq.

 

- Komandanın oyununda əsas nədən narazı qaldız? Bir də, Emin Mahmudovun çıxışından razı qaldız?
- Mən həmişə istəmişəm, cinah müdafiəçiləri daim hücumda olsun. Hücumda nə qədər çoxluq olsaq, nəticə də bir o qədər yaxşı olar. Bu qarşılaşmada iki hücumçu ilə oynamaq istəyirdik. Ancaq Seqoviyanın zədəsi var idi. Buna görə, onu meydana gec buraxdım. Lakin bu vaxt da Barqas yorulmuşdu. O ki qaldı Eminə, onun bugünkü oyunu məni sevindirdi. Axırıncı dəfə ötən mövsüm oyamışdı. Bura gələnədək isə 10 gün məşq etməmişdi. Buna baxmayaraq, yaxşı oyun göstərdi.

 

- 16 günlük fasilə olacaq. Bu müddətdə planınız necədi?
- Xaricə getməyi planlaşdırmırıq. Məncə, bu, artıqdı. Burda yaxşı bazamız var. Burda məşq edib, futbolçularda özünəinamı artırmağa çalışacağıq. Hazırda bu, çox aşağıdı.

 

- “Qəbələ”nin hücumçuları “Neftçi”nin müdafiəçilərini çox rahat keçirdilər. Bunun səbəbi nədi? Komandalar arasında səviyyə fərqinin böyük olması?
- Belə deməzdim. “Qəbələ”nin hücumçuları fərdi oyuna çox üstünlük verirlər. Ancaq düşünmürəm ki, Abuşov və Petrov səviyyəcə onlardan geri qalır. Bu gün bizim hücum xəttində bu individuallıq çatışmır. Bir epizodda Namiq Ələsgərov topla irəlilədi və zərbəsi qolla nəticələndi. Bu cür fürsətləri dəyərləndirmək lazımdı.

 

- “Neftçi”yə yeni gələndə Elxan Abdullayevə zəng etdiyinizi demişdiz. Ancaq o, sizdən zəng gəlmədiyini deyib...
- Bu müddətdə bütün fikrimi komandaya yönəltmişdim. İstərdim ki, Elxan müəllim bizə də hörmətlə yanaşsın. O ki qaldı zəngə, 3 dəfə zəng etmişəm, götürməyib. Bundan sonra öz işimlə məşğul olmuşam.

Tarix
24.09.17 [21:14]
* Xəbərə şərh yoxdur. İlk şərhi sən yaz

Adınız
E-mail adresiniz
Şərhiniz

Xəbər xətti

22 Oktyabr
21 Oktyabr 

Facebook

Sorğu

Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram

Copyright © 2017 Sportarena.az
Saytı hazırladı: Five studio