Rəşad Sadiqov: "Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir

Sportarena.az      24 Sentyabr 2018, 21:32

"Neftçi" Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra qonaqların yarımmüdafiəçisi Rəşad Sadiqov jurnalistlərin suallarını cavablandırıb:

 

- "Qəbələ" səfəri çətin olur. İlk hissədə 2 qol buraxmaq bir az pis oldu. Toparlanmaq çətin oldu. 1 qol vurduq, bəxtimiz gətirmədi. adi səhvlərdən qol buraxdıq. Yaxşı kombinasiyalı hücumla qol vurmadılar. Öz səhvlərimizdən üzüldük. İnşallah komandamız düzələcək. Tərlan Əhmədov bunu bacaracaq. Bunun üzərində çox işləyir.

 

- "Neftçi"də çatışmayan nədir?
- Psixoloji durum. Ardıcıl məğlubiyyətlər futbolçuya pis təsir edir. Elə oyunçular olur ki, bu mərhələni aşa bilir. Bu vacib amildi.

 

- "Neftçi"yə gəlməyinin səbəbi nə oldu?
- Tərlan müəllim dəvət etdi, mən də gəldim. "Neftçi" üçün bu yerdə olmaq biabırçılıqdı. Kömək etmək üçün gəlmişəm. 

 

- "Zirə"də intizamsızlıq etdin və ayrıldın. Bu barədə nə deyə bilərsən?
- Bu barədə çox danışdıq. Artıq hər şey keçmişdə qalıb. İntizamsızlıq etməmişəm, sadəcə, xarakterlərimiz tutmadı. Sağollaşıb ayrıldıq. 

 

- İlk dövrə başa çatmaq üzrədir. İlk qələbəni qazana biləcəksiniz?
- Qışa qədər xal qazanmağa çalışacağıq. Daha sonra isə avrokuboklara vəsiqə üçün yarışacağıq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin