Ramin Musayev: “Kişi kişini vurar da”

22:10 24 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində keçirilən “Qəbələ” – “Neftçi” oyunundan sonra Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, o, öncə oyunla bağlı fikirlərini bölüşüb:

 

- Hər iki komandanın ifasında yüksək səviyyəli futbol izlədik. Oyundan razı qaldım. Xüsusilə, “Neftçi”nin.

 

- Yəni, “Neftçi”dən gözlədiyiniz oyunu gördünüz?
- Bir az da vaxt lazımdı. Görmək istədiyim oyuna lap az vaxt qalıb.

 

- Birinci Divizionda 10 komandanın iştirak edəcəyi bildirilsə də, hələ dəqiq rəqəm səsləndirilməyib...
- Dəqiq səsləndirirəm: 10 komanda iştirak edəcək. Qalan söz-söhbətlərə fikir verməyin.

 

- “Qarabağ”ı qarşıda “Roma”yla məsul oyun gözləyir...
- “Qarabağ” “06”-dı və motoru da bu markadadı, “Roma” isə BMW-di. Ümid edək ki,  BMW “06”-ya yoldaşlıq edəcək.

 

- Oyun başa çatdıqdan sonra “Qəbələ”nin bir futbolçusu digərini vurdu...
- İnsident yaşanıb, amma vurulmağını görməmişəm.

 

- Dəqiq vurub.
- Vurub, vurub da. Kişi kişini vurar da. O ki qaldı bilavasitə suala, bu, klubun daxili işidi. Belə hadisə yaşanıbsa, cəzalandırılacaq.


Digər xəbərlər

Xəbər xətti