Millimizdən ikinci qələbə

10:40 25 Sentyabr 2017

Azərbaycan və Gürcüstanda təşkil olunan qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, qitə birinciliyində növbəti oyunlar keçirilib. Millimizin yer aldığı A qrupunda 2 görüş baş tutub. Dünən istirahət edən komandamız dünən Polşa ilə qarşılaşıb və darmadağına sevinib. Almaniya isə keçirdiyi hər iki oyunda məğlub olan Macarıstana qalib gəlib.

 

Türkiyə yığması ikinci oyununda da uduzub. Qonşu ölkə təmsilçisi bu dəfə bolqarlarla bacarmayıb.

 

AÇ-2017, Qrup mərhələsi: 2-ci tur
24 sentyabr
A qrupu
Azərbaycan – Polşa - 3:0 (25:14, 25:21, 25:23)
Almaniya – Macarıstan - 3:1 (25:21, 19:25, 25:21, 25:18)

 

B qrupu
Gürcüstan – Belarus - 0:3 (8:25, 11:25 12:25)
Xorvatiya – İtaliya - 2:3 (23:25, 21:25, 25:19, 25:10, 11:15)

 

C qrupu
Boqarıstan – Türkiyə - 3:2 (25:17, 10:25, 25:16, 20:25, 20:18)


D qrupu
Belçika – Serbiya - 1:3 (26:24, 20:25, 22:25, 21:25)
Çexiya – Hollandiya - 1:3 (21:25, 15:25, 25:21, 22:25)

 


Digər xəbərlər

Xəbər xətti