Tofiq Heydərov: "Kimlərinsə “AAAF Park”da gözü var" - AÇIQLAMA + VİDEO

Sportarena.az      25 Sentyabr 2018, 11:14

“AAAF Holdinq”in təsisçisi Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlər, şayiələrə aydınlıq gətirib.

 

Sportarena.az xəbər verir ki, o, hər kəsi mətbuat vasitəsilə yayılan bu məlumatlara inanmamağa, aparılan qarayaxma kampaniyasına aldanmamağa çağırıb.

 

Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışıb, heç nəyi gizlətmədən ictimaiyyəti bilgiləndirmək qərarına gəlib. Təsisçi hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib.

 

“Hörmətli izləyicilərim və dostlarım ötən gün mediada haqqımda yayılan xəbərlər və İcra orqanlarının hərəkətləri həqiqətən məni çox üzdü. Azərbaycanda olmadığıma görə Facebook hesabıyla sizlərə bildirirəm ki, narahat olmayasınız. Bu gün həqiqətən də çox acınacaqlı vəziyyətdir. Bunu 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhd adlandırıram. “AAAF Park” doğrudan da böyük ailədir. Uzun illərdir bu işlər kimlərsə tərəfindən quraşdırılır. Kimlərinsə “AAAF Park”da gözü var. Biz bunu dəfələrlə qeyd etmişik”.

 

Tofiq Heydərovun videomüraciətini tam şəkildə videodan izləyə bilərsiniz.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin