"Qarabağ" - "Roma" matçı üçün xüsusi top - FOTO

13:17 25 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda keçiriləcək "Qarabağ" - "Roma" oyununun topu hazırdır.

 

Sportarena.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Top matç üçün xüsusi hazırlanıb. Belə ki, üzərində komandaların adları və matçım keçirilmə vaxtı əks olunub.

 

Qeyd edək ki, Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-i saat 20:00-da başlayacaq.

 


Digər xəbərlər

Xəbər xətti