Birinci Divizionun yenilikləri və yeniləri

14:42 25 Sentyabr 2017

Bu gün futbol üzrə Azərbaycanın Birinci Divizionun 2017/18 mövsümünün püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, yeni mövsümdən aşağı dəstədə əvvəlki illərə nisbətən az - 10 komanda mübarizə aparacaq. Ötən mövsümün yekunlarına görə Azərbaycan Premyer Liqasını tərk edən "Şüvəlan” yanaşı, "Turan Tovuz”, "Ağsu”, "Qaradağ Lökbatan”, "Zaqatala”, "Mil-Muğan” və MOİK də divizionda yollarına davam edəcəklər. İştirakçılardan 3-ü yeni klublardı. "Binə”, "Xəzər” və "Sabah” Birinci Divizionun debütantlarıdır..

 

Çempionatdakı iştirakçıların sayı azaldığından təşkilatçı Peşəkar Futbol Liqası oyun və dövrə sayındada dəyişiklik etmək məcburiyyətində qalıb. Belə ki, komandalar 3-cü dövrəli sistemlə 27 tur mübarizə aparacaqlar. Püşkə görə ilk turda ev sahibi olan komandalar 3-cü dövrədəki görüşlərini öz meydanlarında keçirəcəklər.

 

Eyni zamanda, futbolçu limitində də yenilik baş verib. Belə ki, komandalar oyun zamanı 2 legionerdən istifadə edə bilər və 21 yaşadək 3 yerli oyunçunun da heyətdə ollması mütləqdir.


Digər xəbərlər

Xəbər xətti