Öncə Qurbanov, sonra Di Françesko

14:55 25 Sentyabr 2017

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Roma” (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı açıqlanıb. 

 

Sportarena.az xəbər verir ki, sentyabrın 26-da "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov saat 17:00-da media mənsublarının önünə çıxacaq. 

 

Komandamızın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klub bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
 
“Roma”nın baş məşqçisi Eysebio Di Françesko isə saat 18:30-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İtaliya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

 


Digər xəbərlər

Xəbər xətti