"Roma" Bakıya bu heyətlə gəlir

18:33 25 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın qonağı olacaq “Roma”nın Bakıya gətirəcəyi heyət müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, “canavarlar” paytaxtımıza 19 nəfərlik heyətlə gələcək. Baş məşqçi Eysebio Di Françesko zədəsini yeni sağaldan Dieqo Perottini heyətə daxil edib. Əvəzində, bir müddətdi zədəli olan hücumçu Patrik Şik və “Udineze” ilə oyunda sıradan çıxan Meksika millisinin üzvü Ektor Moreno kənarda qalıb.

 

Qapıçılar: Alisson Bekker, Lukaş Skorupski

 

Müdafiəçilər: Juan Jesus, Aleksandr Kolarov, Federiko Fazio, Bruno Peres, Kostas Manolas

 

Yarımmüdafiəçilər: Raca Nainqqolan, Kevin Strotman, Lorenzo Pelleqrini, Daniele De Rossi, Maksim Qonalon, Alessandro Florenzi, Gerson

 

Hücumçular: Dieqo Perotti, Edin Dzeko, Cengiz Ünder, Qreqorye Defrel, Stefan El Şaravi.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” qarşılaşması sentyabrın 27-də saat 20:00-da Bakı Olimpiya Stadionunda baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti