Səbinə Əzimova Avropa çempionu oldu - 3-cü dəfə

10:25 26 Sentyabr 2017

Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa birinciliyi davam edir.

 

Sportarena.az xəbər verir ki, dünən yığma komandanın əsas qızıl ümidlərimizdən biri – Səbinə Əzimova körpücük üzərinə çıxıb. O, yaşı 17-ə qədər olan qız atletlərin 53 kq çəki dərəcəsindəki yarışına qatılıb.

 

Səbinə birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirdi və 78 kq-la bu hərəkətdə 2-ci oldu. Atletimiz təkanla qaldırma hərəkətində 96 kq çəkini ram edərək bu hərəkətdə də 2-ci yeri tutdu. Ancaq ümumi nəticə onun üçün çox uğurlu oldu. Toplam 174 kq (78+96) nəticə göstərən Səbinə Əzimova 53 kq çəki dərəcəsində bütün rəqiblərini qabaqlamağı bacardı.

 

17 yaşlı atletimiz Landskrona və Novı Tomısldakı qızıl medalların sırasına Priştinadakı qələbəni də əlavə etdi. Bununla da o, Avropa birinciliyinin 3 qat qalibidir. 


Digər xəbərlər

Xəbər xətti