"Qarabağ"dan azarkeşlərə müraciət - "Stadiona tez gəlin"

10:59 26 Sentyabr 2017

"Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Roma" ilə ev oyunu öncəsi azarkeşlərə müraciət edib.
 
Sportarena.az xəbər verir ki, müraciəti olduğu kimi təqdim edir:
 
"Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"- "Roma" matçına bilet alan azarkeşlərimizdən xahiş olunur ki, qarşılaşmanın başlamasına 2 saat qalmış stadiona gələrək tribunada yerlərini tutsunlar".
 
Qeyd edək ki,  Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Roma" oyunu sabah saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti