"Qarabağ" - "Roma" matçının ehtimal heyətləri açıqlandı

12:06 26 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” “Roma”nı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, İtaliya mətbuatı komandaların meydana çıxacağı mümkün start heyətlərini açıqlayıb. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun 4-2-3-1 taktiki sxemindən istifadə edəcəyini düşünən həmkarlarımız start heyətində bu futbolçuların yer alacağını ehtimal edir:

 

İbrahim Şehiç, Maksim Medvedev, Bədavi Hüseynov, Rəşad Sadıqov, YakubJezniçak, Qara Qarayev, Riçard Almeyda, Pedro Enrike, Miçel, Donald Gerrye, Dino Ndlovu.

 

İtaliya mətbuatı iddia edir ki, “Roma”nın baş məşqçisi Eysebio Di Françesko 3 hücumçunun xidmətindən yararlanacaq. Bu o deməkdi ki, komandası meydana 4-3-3 taktiki sxemi ilə çıxacaq. Həmkarlarımızın ehtimalı doğrulsa, “Roma”nın start heyəti belə olacaq:

 

Alisson Bekker, Bruno Peres, Kostas Manolas, Federiko Fazio, Aleksandr Kolarov, Daniele De Rossi, Kevin Strotman, Raca Nainqqolan, Stefan Əl-Şaravi, Edin Dzeko, Qreqorye Defrel.

 

Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-də saat 20.00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti