"Qarabağ"ın "Roma" ilə oyunu 146 ölkədə yayımlanacaq

12:31 26 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ" sentyabrın 26-da ikinci tur çərçivəsində "Roma"nı qəbul edəcək.

 

Sportarena.az xəbər verir ki, matça kifayət qədər böyük maraq var. Belə ki, matç üçün satışa çıxarılan biletlərin hamısı bir neçə gün öncədən hamısı satılıb. Bu matç futbolumuzda tamaşaçı sayı baxımından rekord olacaq. Belə ki, görüşü arenadan 69800 nəfərin izləyəcəyi gözlənilir. 

 

Oyunu yayım miqyası da xeyli genişdi. Belə ki, günün ilk və keçiriləcəyi vaxtda tək olan "Qarabağ" - "Roma" oyunu dünyanın 146 ölkəsində, 200-dən çox telekanalında yayıımlanacaq. Kanal sayının oyun günü və vaxtına qədər artacağı da ehtimal edilir.

 

"Bein sport", "Sky Sport", "Arena Sport", "Fox TV", "Supersport TV", "Eurosport", "Tivibuspor", "Matç TV" (futbol2) və başqa kanallarda canlı yayımlanacaq.


Digər xəbərlər

Xəbər xətti