Araz Abdullayevin komandası zirvəni əldən vermədi

13:55 26 Sentyabr 2017

Futbol üzrə Kipr çempionatında 5-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Anortosis" də növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Doxa Katokopiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 2:0. Araz bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, geridə qalan turlarda 13 xal toplamış Famaqusta təmsilçisi hazırda 14 iştirakçı arasında liderdi.


Digər xəbərlər

Xəbər xətti