La Liqada baş məşqçi istefası

14:32 26 Sentyabr 2017

İspaniya La Liqasında daha bir baş məşqçi istefası gerçəkləşib.

 

Sportarena.az xəbər verir ki, “Las-Palmas”ın baş məşqçisi Manolo Merkes istefaya gedib. O, çempionatın 6-cı turunda “Leqanes”lə keçirilən oyundan (0:2) sonra belə qərar qəbul edib.

 

Merkes “Las-Palmas”da bu ilin iyul ayından işləyirdi. Komanda onun rəhbərliyi altında La Liqada cəmi 6 oyun keçirib. “Las-Palmas” 2 qələbə qazanıb, 4 dəfə məğlub olub.


Digər xəbərlər

Xəbər xətti