"Sumqayıt"da istirahət bitdi

15:30 26 Sentyabr 2017

Azərbaycan Premyer Liqasının 6-cı turunda “Qarabağ”la keçirilən oyundan sonra 2 günlük istirahətə buraxılan “Sumqayıt” məşq prosesini bərpa edib.

 

Sportarena.az xəbər verir ki, “Səbail”lə oyunun hazırlıqlarına start verən Samir Abasovun komandası “Kapital Bank Arena”da məşqə çıxıb. “Qarabağ”la oyunda zədələnən Cavid İmamverdiyev məşq prosesində iştirak etməyib. Təxminən 1.5 saat davam edən məşq prosesində əsasən toplu çalışmalara üstünlük verilib.

 

Qeyd edək ki, “Səbail” – “Sumqayıt” qarşılaşması 30 sentyabr tarixində keçiriləcək.


Xəbər xətti