Çexiya millisinin heyəti açıqlandı

16:07 26 Sentyabr 2017

Çexiya millisinin DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması və San Marino ilə oyunlar üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Karel Yarolim "Roma"nın hücumçusu Patrik Şiki zədə səbəbindən milliyə çağırmayıb.
 

Qapıçılar: Tomaş Vaçlik ("Bazel", İsveçrə), Tomaş Kubek ("Renn", Fransa), Yiri Pavlenka ("Verder", Almaniya)

 

Müdafiəçilər: Yan Boril (Slaviya), Pavel Kaderabek ("Hoffenhaym", Almaniya), Teodor Gebre-Selassie ("Verder", Almaniya), Marek Suşi ("Bazel", İsveçrə), Tomaş Kalas ("Fulhem", İngiltərə), Filip Novak ("Midtyulland", Danimarka), Yakub Brabeç ("Genk", Belçika), Mixael Lüftner ("Kopenhagen", Danimarka)

 

Yarımmüdafiəçilər: Şimon Falta (Siqma), Vladimir Darida ("Herta", Almaniya), Borek Dokal ("Henan", Çin), Antonin Barak, Yakub Yankto (hər ikisi "Udineze", İtaliya), Yan Kopiç (Viktoriya), Tomaş Suşek, Yaromir Zmrhal, Jozef Huşbauer (hamısı "Slaviya")

 

Hücumçular: Mixal Krmençik (Viktoriya), Milan Şkoda (Slaviya), Yan Kliment ("Brondbü", Danimarka).

 

Qeyd edək ki, Azərbaycan - Çexiya oyunu oktyabrın 5-i keçiriləcək.


Xəbər xətti