Arda dostunun keçmiş sevgilisi ilə bir yerdə

16:23 26 Sentyabr 2017

“Barselona”lı futbolçu Arda Turan 2 illik sevgilisi Aslıhan Doğan ayrıldıqdan sonra özünə yeni sevgili tapıb.
 
Sportarena.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu model Özge Ulusoyla eşq yaşamağa başlayıb. Cütlük sentyabrın 23-də gecə klubunda birlikdə əylənib. Özge milyonçu sevgilisi Hacı Sabancıdan 3 ay əvvəl ayrılıb.
 
Arda-Özge münasibətində maraqlı məqam odur ki, model vaxtilə Turanın ortağı olan və hazırda da dostluğu davam edən alış-veriş saytlarından birinin rəhbəri Hakan Başın sevgilisi olub.


Xəbər xətti