Pedro Enrike: "Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”

18:16 26 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Roma”nı qəbul edəcək “Qarabağ”ın futbolçusu Pedro Enrike oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi oyunla bağlı bunları deyib:

 

“Qarabağ”ın heyətində bu turnirdə çıxış etməkdən böyük qürur hissi duyuram. Burda məni çox yaxşı qarşıladılar. Bizim üçün çox çətin olacaq. Bu turnirdə çıxış etmək tək mənim yox, bütün komanda üçün fəxr hissidi. İlk ev oyunumuzdu, buna görə əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq”.


Xəbər xətti