"Qarabağ"ın gəncləri uduzdu - YENİLƏNİB

15:52 27 Sentyabr 2017

Bu gün UEFA Gənclər Liqasının qrup mərhələsində növbəti oyunlar keçirilir.

 

Sportarena.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandası əsas komanda kimi “Roma”nı qəbul edib.  “Azersun Arena”da keçiriləcək oyunda qonaqlar qələbə qazanıb.

 

Qrupdakı ilk oyununda səfərdə “Çelsi”yə məğlub olan (0:5) Ağdam klubunun gəncləri ikinci məğlubiyyətini alıb. Birinci turda “Atletiko”ya uduzan (1:2) romalılar qrupda ilk qələbəsini qazanıb.

 

UEFA Gənclər Liqası, 2-ci tur

27 sentyabr

C qrupu

14:00 Qarabağ (Azərbaycan) - Roma (İtaliya) 0:3

Qol: Yan Kelar, 11; 60. Mirko Antonuççi, 77.
Hakimlər: Horatiu Fesnik, Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya), İnqilab Məmmədov (Azərbaycan) 
Bakı. “Azersun Arena”


Digər xəbərlər

Xəbər xətti