"Beşiktaş" azarkeşləri onu dəli etdi - Oyunu davam etdirə bilmədi - FOTO

14:19 27 Sentyabr 2017

Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda keçirilən “Beşiktaş” - “Leyptsiq” qarşılaşmasında maraqlı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, “Leyptsiq”in hücumçusu Timo Verner “Beşiktaş” azarkeşlərinin təzyiqinə dözməyib. “Qartallar”ın fanatları oyunun ilk dəqiqəsindən son dəqiqəsinə qədər stadionda möhtəşəm atmosfer yaradıblar. Verner bu təzyiqi dəf etmək üçün qulağını tıxasa da, bu, effektsiz olub. Nəticədə hücumçu ilk hissənin ortasında baş məşqçidən onu əvəzləməsini istəyib. Verneri 32-ci dəqiqədəLukas Klostermann əvəzləyib.

 

Qeyd edək ki, görüş “Beşiktaş”ın 2:0 hesablı qələbəsiylə başa çatıb.

 


Xəbər xətti